Bakı. Trend:
Suriyanın dövlət xəbər agentliyi SANA İsrail ordusunun Dəməşqin Kəfərsusə bölgəsinə hava zərbələri endirdiyini bildirib.
Trend-in məlumatına görə, Əsəd rejiminə yaxın bəzi sosial media hesabları da zərbə endirilən əraziyə təcili tibbi yardım avtomobillərinin göndərildiyini qeyd edir.
İlkin məlumata əsasən, hücum nəticəsində bir nəfər həlak olub. İsrail tərəfi bu iddialarla bağlı hələlik heç bir açıqlama verməyib.