...

Pentaqon rəhbəri İsrailin müdafiə naziri ilə telefon danışığı aparıb

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 05:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalant ilə telefonla danışıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor Patrik Rayder açıqlama verib.

Danışıqlar zamanı tərəflər İsrailin Livan və Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar və bölgədəki kritik humanitar vəziyyəti müzakirə ediblər.

Ostin, Qəzzanın şimalında briqada komandirinin ölümündən dolayı başsağlığı verərək, ABŞ-ın İsrailin müdafiəsi ilə bağlı davamlı dəstəyini bir daha vurğulayıb.

Söhbət əsnasında Ostin, İsrail hökumətini Qəzza zolağında yaranmış humanitar vəziyyəti aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti