...

İsrailin zorakılığı qlobal təhlükəsizliyə təhdiddir - Ərdoğan

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 05:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Qəzza zolağında və Livanda həyata keçirdiyi zorakılıq hərəkətləri qlobal təhlükəsizliyə ciddi təhdid yaradır.

Trend-in məlumatına görə, bu açıqlamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Kazanda rusiyalı həmkarı Vladimir Putinlə BRİCS sammiti çərçivəsində keçirdiyi görüş zamanı səsləndirib.

“Prezident Ərdoğan Fələstində baş verən qırğınlara İsrailin yeni zorakılıq hərəkətlərini əlavə etdiyini vurğulayıb və bu hərəkətlərin artıq yalnız Yaxın Şərqi deyil, qlobal təhlükəsizliyi də təhdid etməyə başladığını qeyd edib. O, həmçinin bildirib ki, öz vətənlərində torpaqsız qalan fələstinlilər üçün BRİCS ölkələrinin İsrail təcavüzünə qarşı çıxışı Fələstinin ədalətli mübarizəsinə güc qatacaq”, - deyə Türkiyə Prezident Administrasiyasının görüşdən sonra yaydığı açıqlamada bildirilib.

Xəbər lenti

Xəbər lenti