...

Banqladeşdə imtahan qiymətlərinin dəyişdirilməsini tələb edən 53 tələbə saxlanılıb

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 05:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Banqladeşdə imtahan qiymətlərinin düzəldilməsi və yenidən nəzərdən keçirilməsi tələbi ilə keçirilən etiraz aksiyası zamanı azı 53 tələbə saxlanılıb.

Trend xəbər verir ki, bu barədə "Daily Bangladesh" qəzeti məlumat yayıb.

Orta təhsil haqqında attestat imtahanlarında nəticələri ilə razılaşmayan tələbələr Dəkkədə Təhsil Nazirliyinin katibliyi qarşısına toplaşaraq ayrı-seçkilik və ədalətsizlik şüarları səsləndiriblər. Təhlükəsizlik onları sakit olmağa çağırsa da, tələbələr etirazı davam etdiriblər. Etirazçılardan bəziləri nazirliyin katibliyinə daxil olublar. Bundan sonra hüquq-mühafizə orqanları müdaxilə edib və etirazçılar polis bölməsinə aparılıb.

Banqladeşdə tələbə hərəkatı universitet tələbələrinin iyul ayında məşğulluq kvotalarına qarşı mitinqləri kütləvi etirazlara çevrildikdən və nəticədə ölkənin baş naziri Şeyx Hasinanın istefa verməsindən sonra fəallaşıb.

Avqustun 5-də o, respublikanı tərk edib.

Xəbər lenti

Xəbər lenti