...

2 dəfə kliniki ölüm keçirən xəstənin həyatı KTM-də xilas edilib

Cəmiyyət Materials 24 Oktyabr 2024 09:40 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

27.08.2024-cü il tarixində 22 yaşlı vətəndaş sirkə turşusundan zəhərlənmə səbəbi ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.

Trend xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz (KTM) məlumat yayıb.

Bildirilib ki, xəstəyə qida borusu, mədə-bağırsaq qanaxması, kəskin tənəffüs çatışmazlığı, həmçinin kəskin böyrək çatışmazlığı diaqnozları qoyulub, dərhal zəruri müalicə prosedurları başladılıb.

Həyat əlamətləri kifayət qədər aşağı olan xəstə 2 dəfə kliniki ölüm keçirib.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov və həkim-toksikoloq Savad Quliyevanın apardıqları müalicə tədbirləri nəticəsində xəstənin vəziyyəti stabilləşib, həyati təhlükəsi geridə qalıb.

2 aya yaxın davam edən stasionar müalicə prosedurlarından sonra xəstə kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

Xəbər lenti

Xəbər lenti