...

Ankarada silahlı terror təşkilatının 12 üzvü saxlanıldı

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 11:13 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Ankara şəhərində FETÖ/PDY silahlı terror təşkilatının 12 üzvü saxlanılıb.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Ankara Respublika Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosunun koordinasiyasında aparılan araşdırma çərçivəsində, haqqında həbs qərarı verilmiş 13 qaçaq FETÖ/PDY üzvünün Ankarada olduğu müəyyən edilib.

Müəyyən edilmiş ünvanlara keçirilən eyni vaxtlı əməliyyatda 12 qaçaq şübhəli, təqsirləndirilən və məhkumlar saxlanılaraq həbs olunub.

Qeyd olunub ki, 1 şübhəlinin tutulması üçün işlər davam etdirilir, qaçaq FETÖ/PDY üzvləri barəsində isə hüquqi tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti