...

Azərbaycanlı deputatlar Gürcüstanda parlament seçkilərini müşahidə edəcək

Siyasət Materials 24 Oktyabr 2024 12:00 (UTC +04:00)
Azərbaycanlı deputatlar Gürcüstanda parlament seçkilərini müşahidə edəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı deputatlar Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər.

Trend xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Bildirilib ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlardan Nizami Səfərov, Kəmaləddin Qafarov, Hikmət Məmmədov, Elşən Musayev, Sahib Alıyev, Anar Məmmədov və Tural Gəncəliyev oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Tbilisi şəhərinə səfər edəcəklər.

Milli Məclisin deputatları Gürcüstan parlamentinə seçkilərin hazırlıq səviyyəsi ilə maraqlanacaq, seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.

Deputatların səfəri oktyabrın 27-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti