Bakı. Trend:
Növbəti illərdə qəbul planını daha da artırmaq istəyirik.
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, biz daha çox azərbaycanlının ali təhsil almağını istəyirik.
“Buna da nail oluruq. Hazırda 20 il əvvəllə müqayisədə iki dəfə çox insan ali təhsil alır. Proses davam edəcək. 2026-ci ilə kimi qəbul planının 75 min olmasını hədəfləyirik.
Hesab edirəm ki, bu rəqəm daha da artacaq. Çünki bu il həm Qarabağ, həm də Türkiyə Azərbaycan Universitetləri fəaliyyətə başladı", - deyə nazir bildirib.