Kazan. Trend:
BRİCS Birliyi bu gün Qlobal Cənub ölkələri arasında çoxtərəfli əməkdaşlığın inkişafı üçün ən mühüm platformalardan biridir.
Trend xəbər verir ki, bunu Mavritaniya İslam Respublikasının Prezidenti, Afrika İttifaqının sədri Məhəmməd uld Şeyx əl-Qazuani Kazanda keçirilən “XVI BRİCS” sammitinin "BRİCS plus" formatında ilk plenar iclasında çıxış edərkən bildirib.
"Birliyimizin tədricən genişlənməsi və eyni zamanda bu üzv ölkələrin inkişaf səviyyəsindəki müəyyən fərqliliklər, inkişafın yalnız müəyyən ölkələrin imtiyazı olmadığını göstərir. Bu, bütün ölkələrin, inkişaf səviyyəsindən asılı olmayaraq, qanuni hüququdur. Buna görə də biz bütün üzv ölkələrin, dostlarımızın və tərəfdaşlarımızın rəhbərlik etdiyi prioritetləri dinləməliyik. Əlbəttə ki, əməkdaşlığımızın davamlı olması üçün hərtərəfli xarakter daşıması vacibdir. Bu, Afrika İttifaqının inkişaf məqsədlərinə münasibətdə əsas tələblərimiz və mövqeyimizdir", - o bildirib.
Mavritaniyanın Prezidenti hesab edir ki, dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində müəyyən ləngimələr mövcuddur və bəzən təhlükəsizlik, iqtisadiyyat və ətraf mühit sahələrində bütün çətinlikləri aşmaqda qabiliyyətsizlik müşahidə olunur.
"Biz hesab edirik ki, bu, bizə iqtisadi inkişafın aşağı səviyyəsini aşmaq, bəzi ölkələrin iqtisadiyyatlarında yaranan disbalansı aradan qaldırmaq üçün hərəkət etməyə sövq edir. Bu gün demək olar ki, biz və Afrika İttifaqı ümumilikdə müəyyən dərəcədə, əgər belə desək, əvvəlki münasibətlərimizin dinamikasını yenidən canlandırmağa ehtiyac duyuruq.
Buna görə də inkişaf üçün bizə təqdim olunan bütün imkanlardan istifadə etməliyik, borc kimi problemləri həll etmək üçün ki, bu, inkişaf məqsədlərimizə nail olmağımıza mane olur. Biz bütün çətinlikləri birgə aşmalı və eyni zamanda, hələ də Afrika qitəsinin müxtəlif beynəlxalq, xüsusilə maliyyə, çoxtərəfli təşkilatlarda nümayəndəliyinin kifayət qədər olmadığını görürük. Bu, həmin ölkələrin indiki dövrdə bir çox ölkələrin rəhbərlik etdiyi gündəliyə uyğun irəliləməsinə mane olur", - Məhəmməd uld Şeyx əl-Qazuani əlavə edib.