...

Belarus BRİCS-in fəal üzvü olmağa hazırdır - Aleksandr Lukaşenko

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 13:49 (UTC +04:00)
Belarus BRİCS-in fəal üzvü olmağa hazırdır - Aleksandr Lukaşenko
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Kazan. Trend:

Belarus BRİCS-in fəal üzvü olmağa hazırdır.

Trend xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kazanda keçirilən XVI BRİCS sammitinin BRİCS plus formatında birinci plenar iclasında çıxışı zamanı deyib.

"Biz BRICS fəlsəfəsini tamamilə paylaşırıq. Belarus qlobal problemlərin həllinə yönəlmiş konkret ideyalar və layihələrlə gəlir. Biz assosiasiyanın fəal iştirakçısı olmağa hazırıq. Belarus ənənəvi olaraq məsuliyyətli və səmərəli tərəfdaş olub. Avropanın mərkəzində yerləşən coğrafi mövqeyimiz, təcrübəmiz və nailiyyətlərimiz Belarusun təşkilatın gələcək imicinin mühüm hissəsinə çevriləcəyini əminliklə söyləməyə imkan verir", - deyə o bildirib.

Onun sözlərinə görə, BRİCS gələcəyin təşkilatıdır.

"Böyüklüyündən, hərbi və iqtisadi qüdrətindən asılı olmayaraq suveren dövlətlərin bərabərliyinin təmin edildiyi belə bir dünya düzənində hər bir dövlətin müstəqil şəkildə inkişaf yolunu müəyyən etmək, müstəqil xarici siyasət aparmaq hüququ tanınır. Təşkilat öz potensialı baxımından beynəlxalq münasibətlərin sivil inkişafı üçün məsuliyyəti öz üzərinə götürə bilməyən kollektiv Qərbin hökmranlığı dövrünün sonunu yaxınlaşdıra bilər", - deyə A.Lukaşenko əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti