...

Laos BRİCS-ə üzv olmaqda maraqlı olduğunu açıqlayıb

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 13:51 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Kazan. Trend:

Laos BRİCS-ə üzv olmaqda maraqlı olduğunu rəsmən bəyan etmək istəyir.

Trend xəbər verir ki, bunu Kazanda keçirilən XVI BRİCS sammitinin “BRİCS plus” formatında ilk plenar iclasında çıxışı zamanı Laos Xalq Demokratik Respublikasının Prezidenti Txonqlun Sisulit deyib.

"Biz geniş spektrli məsələlər üzrə BRİCS ilə qarşılıqlı fəaliyyətimizin səviyyəsini artırmağa hazırıq. Biz sizin dəstəyinizə və Laosun BRİCS qrupunun gələcək üzvü kimi qəbul olunmasına ümid edirik. Bu gün BRİCS dünya düzəninin dəyişdirilməsində və bütün ölkələr, xüsusilə Qlobal Cənubda inkişaf etməkdə olan ölkələr üçün qarşılıqlı əlverişli və səmərəli olacaq əməkdaşlıq mexanizmlərinin yaradılmasında həmişəkindən daha çox rol oynayır ki, bu da öz növbəsində bizə daha yaxşı gələcək qurmağa kömək edir", - deyə o bildirib.

Sisulit qeyd edib ki, Laos Xalq Demokratik Respublikası davamlı əməkdaşlığa nail olmaq üçün çoxtərəfli mexanizmlərə ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti