...

Hazırda Azərbaycanda 90 %-dən artıq məktəb təmirlidir - Emin Əmrullayev

Cəmiyyət Materials 24 Oktyabr 2024 13:44 (UTC +04:00)
Hazırda Azərbaycanda 90 %-dən artıq məktəb təmirlidir - Emin Əmrullayev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycanda 90 %-dən artıq məktəb təmirlidir.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hər bir məktəbin təmirli olması və orada tədrisin yaxşı təşkili hər zaman nazirliyin qarşısında olan məqsəddir:

"Son beş ildə modul tipli məktəblər də daxil olmaqla 600-ə yaxın təhsil müəssisəsi ya yenidən tikilib, ya əsaslı təmir olunub, ya da qəzalı vəziyyətdən çıxarılıb. Hər il təxmini 60-70 məktəbi yenidən tikirik. Az sayda bir neçə yüz məktəb qalıb ki, təmirə ehtiyacı var.

Nəzərə almaq lazımdır ki, hər il əvvəl yeni inşa edilən məktəb binası da müəyyən səbəbdən köhnəlir. Ümumilikdə məktəblərin inşası və təmiri ardıcıllıq və mərhələli şəkildə bu iş davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti