...

Azad edilmiş ərazilərdə təxmini 168 min hektar minalardan təmizlənib

Cəmiyyət Materials 24 Oktyabr 2024 10:35 (UTC +04:00)
Azad edilmiş ərazilərdə təxmini 168 min hektar minalardan təmizlənib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

İşğaldan azad edilmiş ərazilərdə 1.5 milyon mina olduğu ehtimal edilir.

Trend xəbər verir ki, bunu ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masada deyib.

O bildirib ki, bu günə qədər işğaldan azad edilmiş ərazilərdə təxmini 168 min hektar minalardan təmizlənib.

“Təmizlənmiş həmin ərazilərdən 161 min mina aşkarlanıb”,- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti