...

Altı min manatlıq cərimə borcu olan sürücü polisə tabesizlik göstərərək həbs olundu (VİDEO)

Hadisə Materials 24 Oktyabr 2024 11:35 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədi rayon sakini Səməd Həsənovun idarə etdiyi “Hovo” markalı yük avtomobili Baş DYP İdarəsinin Hacıqabul rayonu ərazisində yerləşən stasionar postunda nəzarət qaydasında saxlanılıb.

DİN-in BDYPİ-dən Trend-ə verilən məlumata görə, araşdırma zamanı sürücünün avtomobili icazə verilən kütlə parametrlərini aşmaqla idarə etməklə yanaşı, törətdiyi inzibati xətalara görə 6000 manata yaxın ödənilməmiş cərimə borcunun olması müəyyən edilib.

"Lakin məsuliyyətdən yaxa qurtarmaq, törətdiyi qanunazidd əməlləri cəmiyyətə yanlış yöndə təqdim etmək məqsədi güdən Səməd Həsənov sonradan posta gələrək süni gərginlik yaratmağa calışıb, onu intizama dəvət edən YPX əməkdaşlarına tabesizlik göstərib. Saxlanılaraq məsuliyyətə cəlb olunan S.Həsənov məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu qeyd edir və bir daha belə şəxslərə qarşı qanunvericiliyə uyğun kəsərli tələblərin görüləcəyini bildirir", məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti