Kazan. Trend:
BRICS beynəlxalq səviyyədə ölkələr arasında uğurlu əməkdaşlıq örnəyinə çevrilib.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian 24 oktyabrda Rusiyanın Kazan şəhərində keçirilən BRICS+ formatında keçirilən ilk plenar iclasda deyib.
Onun sözlərinə görə, buna səbəb BRICS-in öz uzunmüddətli məqsədlərini diqqət mərkəzində saxlamasıdır.
İran prezidenti əlavə edib ki, BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq qurumların əksəriyyəti Qərb dövlətlərinin nüfuzuna görə, öz effektiv yetərliliyini itirib.
Pezeşkian deyib ki, dostluq münasibətlərinin qurulması bir çox ölkənin təkqütblülükdən xilas olmaq istəyidir.
Qeyd edək ki, BRİKS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİKS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.