...

Türkiyə Milli Kəşfiyyat İdarəsi PKK/YPG terror hədəflərini məhv edib

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 10:55 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriya və İraqın şimalında terrorçulara qarşı yeni əməliyyat keçirib.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

MİT-in açıqlamasında, əməliyyat zamanı Suriyanın və İraqın şimalında PKK/YPG terror təşkilatına aid strateji nöqtələrin hədəfə alındığı bildirilib.

PKK/YPG-nin nəzarətində olan qondarma hərbi, kəşfiyyat, enerji/infrastruktur obyekti, logistika və sursat anbarı kimi çoxsaylı hədəflər məhv edilib.

“PKK/YPG terror təşkilatına qarşı planlaşdırılan hədəfə çatılana qədər Milli Kəşfiyyat Təşkilatının əməliyyatları fasiləsiz davam edəcək”, - açıqlamada vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti