...

Türk Dövlətləri Təşkilatı Ankarada törədilən terror aktını sərt şəkildə qınayıb

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 08:54 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatı Ankarada törədilən terror aktını sərt şəkildə qınayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) Ankarada TUSAŞ-ın istehsal obyektində törədilən terror aktını sərt şəkildə qınayıb.

Trend xəbər verir ki, bu barədə beynəlxalq təşkilat rəsmi bəyanat yayıb.

"Böyük kədər və narahatlıqla Ankarada baş verən terror aktını pisləyir və bu xain hücumu şiddətlə qınayırıq. Türkiyə Cümhuriyyətinə və qardaş türk xalqına dərin başsağlığı verir, yaralılara isə tezliklə şəfa tapmalarını diləyirik", - deyə bəyanatda vurğulanır.

Bəyanatda həmçinin qeyd edilib ki, terrorçuluqla mübarizə məsələsində Türk Dövlətləri Təşkilatı üzv ölkələri Türkiyənin yanında yer alır və bu çətin günlərdə Türkiyə ilə həmrəy olduğunu bir daha təsdiq edir.

Xatırladaq ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən dəhşətli terrorda 5 nəfər həlak olub, 22 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ilkin araşdırmalara əsasən, bu terror aktının PKK tərəfindən törədildiyini açıqlayıb.

Xəbər lenti

Xəbər lenti