...

Tramp seçicilərin dəstəyi baxımından Harrisi qabaqlayır

Turizm Materials 24 Oktyabr 2024 08:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp, seçkilərə iki həftədən az müddət qalmış prezidentlik yarışında vitse-prezident Kamala Harrisə cüzi üstünlük qazanıb.

Trend-in məlumatına görə, "The Wall Street Journal"ın apardığı yeni sorğu Trampın potensial seçicilərin 47 %-nin dəstəyinə malik olduğunu göstərir, Harris isə 45 % səviyyəsində dəstək alıb.

Sorğuda həmçinin Harris haqqında mənfi rəylərin artdığı vurğulanıb, onun dəstəyi 8 faiz bəndi azalaraq 42 %-ə enib. Trampın prezident kimi bəyənmə reytinqi isə 52 % olub və bu göstərici ilə Harrisi 4 faiz bəndi üstələyib.

ABŞ prezident seçkilərinin noyabrın 5-də keçiriləcəyi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti