...

Braziliya XİN başçısı G20 çərçivəsində ölkənin prioritetlərini açıqlayıb

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 13:25 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Kazan. Trend:

Braziliyanın G20 (Böyük İyirmilik) çərçivəsində əsas prioritetləri sosial inteqrasiya, iqlim dəyişikliyi ilə mübarizə, eləcə də qlobal idarəetmənin islahatları və beynəlxalq maliyyə institutlarının yaradılmasıdır.

Trend xəbər verir ki, bunu Braziliyanın xarici işlər naziri Mauru Luiz İeker Kazanda keçirilən “XVI BRİCS” sammitinin "BRİCS plus" formatında ilk plenar iclasında çıxış edərkən bildirib.

“Biz bütün ölkələri yoxsulluq və aclığa qarşı Qlobal Alyansa qoşulmağa dəvət edirik. Bizim məqsədimiz bu çağırışlarla mübarizə üçün resursları mobilizə etməkdir. Eyni zamanda, bütün ölkələri qlobal istiləşmə ilə mübarizədə milli töhfələrini artırmağa çağırırıq”, - o bildirib

“Belen şəhərində keçiriləcək COP-30 ərəfəsində daha cəsarətli və qətiyyətli addımlar atmalıyıq. Enerji keçidi və rəqəmsal inqilabdan kənarda qalmamaq üçün səylərimizi birləşdirməliyik. Biz əsrlər boyu mövcud olan köhnəlmiş ixrac modelinə uyğun olaraq, sadəcə təbii resursların təminatçısı olaraq qala bilmərik. Həmçinin, süni intellektin inkişafında passiv müşahidəçilər kimi qalmamalıyıq – biz onun tənzimlənməsində fəal iştirak etməli və məlumatlarımızın istifadəsi üçün ədalətli kompensasiya almalıyıq”, - nazir əlavə edib.

Xarici işlər naziri bu il Böyük İyirmilikdə qlobal idarəetmənin islahatına dair mühüm bir çağırışın təsdiq edildiyini xatırladıb və bu çağırışın BRICS sammitində iştirak edən bir çox ölkələr tərəfindən dəstəkləndiyini bildirib.

“Braziliya BMT Baş Assambleyasında BMT Nizamnaməsinin 109-cu maddəsinə uyğun olaraq, konfransın çağırılması təklifi təqdim etməyi düşünür. Gələn il BRICS-dakı sədrliyimiz zamanı bu məsələləri araşdırmağı planlaşdırırıq, əsas istiqamətimiz Cənubun qlobal əməkdaşlığını gücləndirmək, daha inklüziv və dayanıqlı inkişaf üçün olacaq”, - nazir yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti