Bakı. Trend:
Xəbər verdiyimiz kimi, bu gün Sumqayıtda yerləşən müəssisədə partlayış baş verib, iki nəfər xəsarət alıb.
Trend-in məlumatlna görə, faktla bağlı Sumqayıt Rayon Prokurorluğunda araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
xxx
14:30
23.10.2024-cü il tarixində saat 11:10 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1973 və 1982-ci il təvəllüdlü şəxslər (kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, baş-boynun termiki və kimyəvi yanığı diaqnozu təyin edilən 1973-cü il təvəllüdlü və gövdənin, baş-boynun termiki və kimyəvi yanığı diaqnozları təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə xəstəxananın Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib. Göstərilən yardımlardan sonra həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, Sumqayıtda yerləşən müəssisədə partlayış baş verib, iki nəfər xəsarət alıb.