...

BMT sistemində islahatların aparılması üçün praktiki plan axtarılmalıdır - Venesuela prezidenti

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 14:14 (UTC +04:00)
BMT sistemində islahatların aparılması üçün praktiki plan axtarılmalıdır - Venesuela prezidenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Kazan. Trend:

Birləşmiş Millətlər Təşkilatı sistemində islahatların aparılması üçün praktiki plan axtarılmalıdır.

Trend xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro Kazanda keçirilən “XVI BRİCS” sammitinin "BRİCS plus" formatında ilk plenar iclasında çıxış edərkən deyib.

"BMT sistemində islahatlar aparmaq üçün əməli plan, cəsarətli plan axtarmaq lazımdır. İnanırıq ki, artıq yeni dünya yaradılır və BRİKS bu yeni dünyanın yaranmasının episentridir", - o deyib.

Onun sözlərinə görə, bu, dərin humanist prinsiplərə əsaslanan dünyadır.

"Dünən prezident Vladimir Putinlə ikitərəfli görüşümüzdə Venesuelanın BRİKS ailəsinə aid olduğunu dedim. Venesuela prezidenti ilk dəfədir ki, BRİKS-in iclasında iştirak edir və biz, əlbəttə ki, BRICS-in prinsiplərini bölüşürük", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti