...

BRICS qlobal beynəlxalq diqqət mərkəzinə çevrilir - Tokayev

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 15:55 (UTC +04:00)
BRICS qlobal beynəlxalq diqqət mərkəzinə çevrilir - Tokayev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Kazan. Trend:

BRİCS qlobal beynəlxalq diqqət mərkəzinə çevrilir.

Trend xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Kazanda keçirilən “XVI BRİCS” sammitinin "BRİCS plus" formatında ilk plenar iclasında çıxış edərkən bildirib.

"BRİCS qarşılıqlı faydalı əməkdaşlığa can atan bir çox ölkələrin praktiki maraq göstərdiyi qlobal diqqət mərkəzinə çevrilir.

Bu birlik böyük inkişaf potensialına malikdir və müxtəlif qitələrdən olan dövlətləri birləşdirərək, həmrəyliyi möhkəmləndirir və birgə imkanlardan bütün iştirakçıların xeyrinə səmərəli istifadə edir. BRİCS həm resurslara, həm də təcrübəyə malikdir ki, birgə tərəqqi, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanan gələcək qursun", - o bildirib.

Qazaxıstan Prezidentinin fikrincə, BRİCS-in çoxtərəfli səyləri Birləşmiş Millətlər Təşkilatının fəaliyyətini harmonik şəkildə tamamlayır. BMT isə hələ də əvəzsiz və universal qurum olaraq qalır.

Xəbər lenti

Xəbər lenti