...

Türkmənistan beynəlxalq vəziyyəti normallaşdırmaq üçün bir sıra təşəbbüslər təklif edir - Sərdar Berdiməhəmmədov

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 16:29 (UTC +04:00)
Türkmənistan beynəlxalq vəziyyəti normallaşdırmaq üçün bir sıra təşəbbüslər təklif edir - Sərdar Berdiməhəmmədov
Maksim Naxmedov
Maksim Naxmedov
Bütün xəbərlər

Kazan. Trend:

Türkmənistan məsuliyyətli bir dövlət kimi beynəlxalq vəziyyətin normallaşdırılması və konstruktiv əməkdaşlığın inkişafı üçün bir sıra təşəbbüslər irəli sürür.

Trend xəbər verir ki, bunu Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Kazanda keçirilən “XVI BRİCS” sammitinin "BRİCS plus" formatında ilk plenar iclasında çıxış edərkən bildirib.

"Türkmənistan məsuliyyətli bir dövlət kimi beynəlxalq vəziyyətin normallaşdırılması və konstruktiv əməkdaşlığın inkişafı üçün bir sıra təşəbbüslər irəli sürür. Xüsusilə ölkəmiz BMT-yə bir neçə təklif verib, o cümlədən, qlobal təhlükəsizlik strategiyasının hazırlanması, neytral dövlətlərə BMT tərəfindən sülhməramlı işlərində prioritet tərəfdaş statusu verilməsi, eləcə də, regional təhlükəsizliyin yaradılması və gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüb.

Bu kontekstdə ən mühüm hadisələrdən biri BMT Baş Assambleyasının Türkmənistanın 2025-ci ili Beynəlxalq Sülh və Etimad İli elan edilməsi təşəbbüsünü yekdilliklə qəbul etməsi oldu. Biz ümid edirik ki, bütün ölkələr bu qətnamənin müddəalarının həyata keçirilməsində fəal iştirak edəcəklər", - dövlət başçısı bildirib.

Bundan əlavə, prezident qeyd edib ki, Türkmənistan beynəlxalq ictimaiyyətin əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı hörmət və bütün tərəflərin maraqlarının nəzərə alınmasına yönəlmiş səylərini fəal şəkildə dəstəkləyir.

"Bizim neytral statusumuz sülhməramlı gündəliyin irəli aparılması, qlobal və regional təhlükəsizliyin təmin edilməsi, eləcə də, bərabər dialoq, etimad və proqnozlaşdırıla bilən dövlətlərarası əlaqələrin gücləndirilməsi üçün istifadə olunur.

Türkmənistanın xarici siyasətinin əsas elementi neytrallıq və qabaqlayıcı diplomatiyadan istifadə edərək, münaqişələrin qarşısını almaq və onların əsas səbəblərini aradan qaldırmaqdır. Biz əminik ki, neytrallıq prinsipləri bu gün xüsusilə aktualdır və dünya ictimaiyyətinin dəstəyi ilə regional və qlobal təhlükəsizliyin təmin edilməsində mühüm rol oynaya bilər", - Sərdar Berdiməhəmmədov əlavə edib.

Qeyd edək ki, Tatarıstanın paytaxtında “XVI BRİCS” sammitinin plenar iclası keçirilir. Görüşdə MDB ölkələrinin liderləri, Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikası dövlətlərinin nümayəndə heyətləri, həmçinin, bir sıra beynəlxalq təşkilatlarının rəhbərləri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti