...

"Cənub-Cənub" və "Şimal-Cənub" formatlarında dialoqun genişləndirilməsinin vaxtı çatıb - Mirziyoyev

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 16:34 (UTC +04:00)
"Cənub-Cənub" və "Şimal-Cənub" formatlarında dialoqun genişləndirilməsinin vaxtı çatıb - Mirziyoyev
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Kazan. Trend:

Dünya idarəetmə institutlarının islahatı və "Cənub-Cənub" və "Şimal-Cənub" formatlarında məsuliyyətli dialoqun genişləndirilməsinin vaxtı çatıb.

Trend xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Kazanda keçirilən “XVI BRİCS” sammitinin "BRİCS plus" formatında ilk plenar iclasında çıxış edərkən bildirib.

"Təəssüf ki, bu gün dünya sürətlə parçalanmağa doğru gedir. İnsanlara böyük əzablar, dərin ağrılar və əvəzedilməz itkilər gətirən müharibələrin və münaqişələrin sayı artır. Qlobal iqtisadiyyatın və ticarətin parçalanması bərabərsizliyi, texnoloji uçurumu və proteksionizmi gücləndirir. Ölkələr arasında yeni maneələr yaranır", - o bildirib.

Özbəkistan Prezidenti vurğulayıb ki, BRİCS bərabərlik, qarşılıqlı maraqların nəzərə alınması, suverenliyin və hər bir dövlətin öz inkişaf yolunu seçmək hüququna hörmət prinsiplərinə əsaslanaraq, çoxtərəfli əməkdaşlıq və tərəfdaşlıq üçün nüfuzlu və dinamik birləşmə kimi çıxış edir.

"Əminik ki, belə bir əməkdaşlıq modeli Birləşmiş Millətlər Təşkilatının mərkəzi rolunu saxlayaraq, daha ədalətli dünya nizamının yeni arxitekturasının formalaşması üçün möhkəm əsas ola bilər. Geosiyasi rəqabət, milli eqoizm və ideoloji qərəzlərdən azad konstruktiv dialoq yolu ilə qlobal kompromisə nail olmaq üçün səsləndirilən çağırışları dəstəkləyirəm", - o əlavə edib.

Qeyd edək ki, BRİCS hökumətlərarası təşkilatdır və 2006-cı ildə yaradılıb. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrlik edir. Hazırda təşkilatın üzvləri Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrika ilə yanaşı, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanıdır.

Xəbər lenti

Xəbər lenti