...

Daha bir hərbi komissar həbs edildi

Cəmiyyət Materials 24 Oktyabr 2024 16:16 (UTC +04:00)
Daha bir hərbi komissar həbs edildi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İmişli rayonunun hərbi komissarı Xəyyam Babayev saxlanılıb.

Azərbaycan Respublikası Hərbi Prokurorluğundan Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, istintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Babayev Xəyyam Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", - qurumdan qeyd edilib.

Qeyd edək ki, yaxın müddətdə bir neçə indiki və sabiq hərbi komissar həbs edilib.

Xəbər lenti

Xəbər lenti