...

Hindistanda fırtına səbəbindən 300 min nəfər təxliyə edilib

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 17:37 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Benqal körfəzində yaranan tropik fırtına səbəbindən Hindistanda məktəblərdə təhsilə ara verilib, qatar reysləri ləğv edilib, 300 min nəfər təhlükəsiz bölgələrə təxliyə olunub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Hindistan Meteorologiya İdarəsindən verilən açıqlamaya görə, Dana Tropik Fırtınasının külək sürətinin saatda 100-120 kilometrə çatdığı, bu gün axşam saatlarında və ya sabah səhər erkən saatlarda ölkənin şərq sahilinə çatmasının gözlənildiyi bildirilib.

Məlumata görə, 14 rayondan 1 milyondan çox insanın təxliyə edilməsi planlaşdırır. Şiddətli qasırğa və fırtınaların müşahidə edildiyi ştatlara çox sayda yardım və xilasetmə qrupları yerləşdirilib.

Qeyd edək ki, keçən il Hindistanda baş verən fırtınalar nəticəsində 523 nəfər həyatını itirmiş və 2,5 milyard dollarlıq ziyan dəymişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti