...

Azərbaycanın builki qeyri-neft ixracının dəyəri açıqlandı

İqtisadiyyat Materials 24 Oktyabr 2024 17:45 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2,47 mlrd. ABŞ dolları təşkil edib.

Trend-ə bu barədə AZPROMO-dan məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin analoji dövrü ilə müqayisədə 1,3% çoxdur:

"2024-cü ilin III rübündə ölkənin qeyri-neft ixracının dəyəri ötən ilin eyni rübü ilə müqayisədə 31,5% artaraq 869,02 mln. ABŞ dollarına çatıb. Təkcə sentyabr ayında isə qeyri-neft ixracı illik müqayisədə 27,4% artaraq 285,21 mln. ABŞ dollarına bərabər olub".

Qeyd edilib ki, 2023-cü ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 9,8% artaraq rekord 3,48 mlrd. ABŞ dolları təşkil edib.

Xəbər lenti

Xəbər lenti