...

"TikTok" Azərbaycanda iqtisadi və rəqəmsal potensialın imkanlarını aydın gördü - Barış Aldanmaz

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 16:54 (UTC +04:00)
"TikTok" Azərbaycanda iqtisadi və rəqəmsal potensialın imkanlarını aydın gördü - Barış Aldanmaz
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"TikTok" Azərbaycanda iqtisadi və rəqəmsal potensialın imkanlarını aydın şəkildə gördü.

Trend xəbər verir ki, bunu “TikTok”un Türkiyə, Azərbaycan, Mərkəzi və Cənubi Asiya üzrə Qlobal Biznes Həlləri Departamentinin rəhbəri Barış Aldanmaz "TikTok for Business" platformasının Azərbaycanda təqdimatı zamanı bildirib.

"Texniki cəhətdən, hər hansı bir bazara daxil olmadan əvvəl biz diqqətlə araşdırmalar aparırıq. Bizə ölkənin yalnız iqtisadi potensialı deyil, həm də onun rəqəmsal potensialı, kreativ potensialı maraqlıdır - bunlar hamısı mühüm rol oynayır. Azərbaycanda artıq bu imkanları aydın şəkildə gördük, buna görə də buradayıq. Biz onun iqtisadi potensialına və insan resurslarına dərin inam bəsləyirik. Həmçinin, kreativ ekosistemi əhəmiyyətli dərəcədə inkişaf etdirə biləcəyimizə əminik. Xüsusilə yerli brendlər üçün, yalnız Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da, “TikTok” böyümək üçün nəhəng bir imkan təqdim edir. “TikTok” Azərbaycana insan resursları və maliyyə baxımından böyük sərmayələr qoyur. Bu sərmayələri artırmağa davam etməyi planlayırıq", – o deyib.

Xəbər lenti

Xəbər lenti