...

Türkmənistan sirkulyar iqtisadiyyata keçid üçün qlobal proqramın hazırlanmasını təşviq edir - Berdiməhəmmədov

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 16:42 (UTC +04:00)
Türkmənistan sirkulyar iqtisadiyyata keçid üçün qlobal proqramın hazırlanmasını təşviq edir - Berdiməhəmmədov
Maksim Naxmedov
Maksim Naxmedov
Bütün xəbərlər

Kazan. Trend:

Türkmənistan sirkulyar iqtisadiyyata keçid üçün qlobal proqramın inkişafını fəal şəkildə təşviq edir.

Trend xəbər verir ki, bunu Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Kazanda keçirilən “XVI BRİCS” sammitinin "BRİCS plus" formatında ilk plenar iclasında çıxış edərkən bildirib.

"Türkmənistan iqtisadiyyat, enerji və davamlı nəqliyyat sahələrində təşəbbüslərlə çıxış edir. Bunlar arasında qlobal sirkulyar iqtisadiyyata keçid üçün qlobal proqramın hazırlanması, davamlı nəqliyyat əlaqəliliyinin qlobal atlasının yaradılması, qlobal enerji təhlükəsizliyi və davamlı inkişaf üzrə alyansın yaradılması var", - dövlət başçısı qeyd edib.

Bundan əlavə, o, ölkənin qlobal problemlərin həllindəki təşəbbüskarlığını vurğulayıb.

"Türkmənistanın beynəlxalq strategiyası ölkənin müasir geo-iqtisadi tendensiyalara daxil olması və qlobal problemlərin, məsələn, davamlı inkişaf, ərzaq və ekoloji böhranların aradan qaldırılması, eləcə də, enerji, təmiz su və havaya bərabər çıxışın təmin edilməsi üzrə fəal iştirakına əsaslanır", - o bildirib.

Qeyd edək ki, Tatarıstanın paytaxtında “XVI BRİCS” sammitinin plenar iclası keçirilir. Görüşdə MDB ölkələrinin liderləri, Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikası dövlətlərinin nümayəndə heyətləri, həmçinin bir sıra beynəlxalq təşkilatlarının rəhbərləri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti