...

Özbəkistanlı jurnalistlər işğaldan azad olunmuş ərazilərimizə səfər edib (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2024 17:56 (UTC +04:00)
Özbəkistanlı jurnalistlər işğaldan azad olunmuş ərazilərimizə səfər edib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə oktyabrın 21-dən 25-dək Özbək mətbuatının nümayəndələrinin ölkəmizə mediaturu təşkil olunub.

Mərkəzdən Trend-ə bildirilib ki, mediatur iştirakçıları Bakı, Füzuli, Şuşa, Ağdam, Laçın və Zəngilan rayonlarında olub, həmin ərazilərdən materiallar, məqalələr və videoçəkilişlər hazırlayıblar.

Mediatur Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” və ICESCO təşkilatı tərəfindən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar təşkil olunur.

Mediaturda Özbəkistanın Dövlət Milli Teleradio Kompaniyasının “Özbəkistan tarixi” telekanalı, “Ikbol TV” telekanalının təmsilçiləri, bu ölkənin kun.uz və anıq.uz internet saytların müxbirləri iştirak edib.

Mediaturun təşkil edilməsində əsas məqsəd, Azərbaycanın əldə etdiyi nailiyyətlər, mədəniyyət və turizm sahəsi, Ermənistanın işğalçılıq siyasəti və işğaldan azad edilən bölgələrimizdə törətdiyi dağıdıcılıq və vandalizm aktları, şəhər və kəndlərimizin, milli mədəni irsimizin dağıdılması, bu ərazilərdə dövlətimiz tərəfindən aparılan tikinti-bərpa işləri, tarixi abidələrlə tanış olması, minatəmizləmə əməliyyatı, habelə barədə Özbəkistan və Mərkəzi Asiya ictimaiyyətini məlumatlandırmaqdır.

Media-tur zamanı heyət Ağdam rayonunda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA)-nın Ağdam rayonundakı fəaliyyəti ilə tanışlıq, Ağdam İmarət Kompleksinin ziyarəti, Füzuli şəhərindəki Uluqbəy məktəbinə səfər Füzuli rayonunda Özbəkistan dövlətinin layihəsi ilə inşa edilmiş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbinə səfər təşkil edilib.

Bundan başqa, səfər çərçivəsində, Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi ilə tanışlıq, əsrarəngiz gözəlliyi və zəngin təbii sərvətləri və böyük turizm potensialı olan Laçının rayonunda, habelə Şuşa şəhərində Cıdır Düzü, Molla Pənah Vaqif məqbərəsi və Şuşa qalasında çəkilişlər aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti