...

Sənaye parklarında rezidentlər 489 milyon manat vəsaitə qənaət ediblər

İqtisadiyyat Materials 24 Oktyabr 2024 18:11 (UTC +04:00)
Sənaye parklarında rezidentlər 489 milyon manat vəsaitə qənaət ediblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Sənayeləşmə siyasətinin inkişafına mühüm töhfə verən sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb.

Bunu Trend-ə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov deyib.

O bildirib ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 489 milyon manat, cari ilin 9 ayında isə 28 milyon manat vəsaitə qənaət ediblər.

"Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar", - deyə E. Kazımov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti