...

“TikTok” platformasında Azərbaycanda populyar olan məzmunun əsas kateqoriyaları açıqlanıb

Cəmiyyət Materials 24 Oktyabr 2024 17:04 (UTC +04:00)
“TikTok” platformasında Azərbaycanda populyar olan məzmunun əsas kateqoriyaları açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ən populyar məzmun kateqoriyaları təhsil, mətbəx və idman kimi sahələri əhatə edir.

Trend xəbər verir ki, bunu “TikTok”un Türkiyə, Azərbaycan, Mərkəzi və Cənubi Asiya üzrə Qlobal Biznes Həlləri Departamentinin rəhbəri Barış Aldanmaz "TikTok for Business" platformasının Azərbaycanda təqdimatı zamanı bildirib.

"Azərbaycanda ən populyar məzmun kateqoriyaları arasında aşağıdakıları qeyd etmək olar: yumor və əyləncə, təhsil, mətbəx, oyunlar, idman, yaşam tərzi və cəmiyyət. Bu kateqoriyalar Azərbaycan “TikTok” auditoriyasının əsas maraqlarını əks etdirir və platformada tələb olunan məzmunun müxtəlifliyini nümayiş etdirir. Həmçinin, qeyd etmək lazımdır ki, Azərbaycanda “TikTok” auditoriyası aktiv şəkildə trendlərə və çağırışlara qoşulur, bu da viruslu videoların sürətlə yayılmasına kömək edir. Bundan əlavə, mədəni ənənələr, musiqi və milli mətbəxlə bağlı yerli məzmunun populyarlığının artması müşahidə olunur", - o deyib.

Xəbər lenti

Xəbər lenti