...

İranın Rusiya ilə əlaqələri Belarusla münasibətlərə örnək ola bilər – Pezeşkian

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 16:55 (UTC +04:00)
İranın Rusiya ilə əlaqələri Belarusla münasibətlərə örnək ola bilər – Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Rusiya ilə əlaqələrinin inkişafı İranın Belarusla əlaqələrinin inkişafına örnək ola bilər.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian Rusiyanın Kazan şəhərində keçirilən BRICS-ə üzv dövlətlərin dövlət başçılarının sammiti çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə görüşdə strateji Şimal-Cənub Beynəlxalq Dəhlizi haqda müzakirələr aparılıb. Yaxın gələcəkdə Rusiyaya təkrar baş tutacaq səfər çərçivəsində iki ölkə arasında əhatəli və bir sıra önəmli anlaşmalar imzalanacaq.

Pezeşkian bildirib ki, müstəqil dövlətlər ABŞ-nin tətbiq etdiyi sanksiyalarla mübarizə apara bilərlər.

Görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko da İran prezidentini Belarusa səfərə dəvət edib.

“Belarus İranla əldə olunan razılaşmaların icrasını sürətləndirməyə hazırdır. İki ölkənin əlaqələri inkişaf etdirmək üçün çoxlu və çeşidli potensialı var və Belarus qarşılıqlı olaraq təcrübələrini mübadilə etməyə hazırdır”, - deyə o qeyd edib.

Lukaşenko əlavə edib ki, Beynəlxalq Şimal-Cənub Dəhlizinin istifadəyə verilməsi iş adamları və istehsalçıların iki ölkə bazarlarına çıxışını asanlaşdırmaqda müsbət təsiri olacaq.

Qeyd edək ki, BRİCS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.

Xəbər lenti

Xəbər lenti