...

Reklam bloklayıcılarından istifadə edən internet istifadəçilərinin faizi açıqlandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2024 16:07 (UTC +04:00)
Reklam bloklayıcılarından istifadə edən internet istifadəçilərinin faizi açıqlandı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İnternet istifadəçilərinin ümumi sayının 43 faizi reklam bloklayıcılarından istifadə edir.

Trend xəbər verir ki, bunu "TikTok"un Türkiyə, Azərbaycan, Mərkəzi və Cənubi Asiya üzrə Qlobal Biznes Həlləri Departamentinin rəhbəri Barış Aldanmaz "TikTok for Business" platformasının Azərbaycanda təqdimatı zamanı bildirib.

"İnternet istifadəçilərinin 43 faizi reklam bloklayıcılarından istifadə edir. “Z” nəsli nümayəndələri reklam mesajlarını böyük dərəcədə görməzdən gəlir və ya onları qəsdən ötürərək reklam məzmununu qəbul etmirlər. Bu, daha gənc auditoriyaya yönəldilən ənənəvi reklam strategiyalarının effektivliyi ilə bağlı suallar yaradır. Gənclər getdikcə daha çox məzmunu bloklamaq üçün alətlərdən istifadə edir və ya sadəcə reklama qarşılıq verməkdən qaçırlar", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti