...

Özbəkistan və Vyetnam sənaye əməkdaşlığının inkişafı proqramını hazırlamağı planlaşdırır

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 17:53 (UTC +04:00)
Özbəkistan və Vyetnam sənaye əməkdaşlığının inkişafı proqramını hazırlamağı planlaşdırır
Kamol Ismailov
Kamol Ismailov
Bütün xəbərlər

Kazan. Trend:

Özbəkistan və Vyetnam neft-kimya, elektrik texnikası, tekstil, kənd təsərrüfatı və digər sahələrdə sənaye əməkdaşlığının inkişafı proqramını hazırlamağı planlaşdırır.

Trend xəbər verir ki, bunu Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Vyetnamın baş naziri Nuyan Tan Dun ilə Kazanda keçirilən “BRİCS sammiti” çərçivəsində görüşü zamanı deyib.

Tərəflər Özbəkistan və Vyetnam arasında çoxşaxəli əməkdaşlığın inkişafını və qarşılıqlı əlaqəni müzakirə edərək, ticarət-iqtisadi və investisiya sahələrinə xüsusi diqqət yetiriblər.

Eyni zamanda, dövlət və struktur qurumları arasında əlaqələrin sistemləşdirilməsi mühüm aspekt kimi vurğulanıb. Tərəflər gələn ilin əvvəlində Ticarət-iqtisadi məsələlər üzrə Birgə Komissiyanın iclasını keçirməyə, eləcə də, Hanoye şəhərində Biznes Forumu və sənaye sərgisi təşkil etməyə razılaşıblar. İşgüzar və turizm mübadilələrinin genişləndirilməsinə, o cümlədən, viza rejiminin ləğv edilməsi imkanlarının müzakirəsinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, baş nazir Nuyan Tan Dun Özbəkistan prezidentini Vyetnama rəsmi səfərə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti