Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Şəki, Bakı-Siyəzən, Sumqayıt-Tərtər, Sumqayıt-Şəki, Sumqayıt-Oğuz, Salyan-Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabinin qalibləri müəyyən edilib.
“Bakı-Şəki” marşrutu üzrə hüquqi şəxs “Xan Saray” MMC;
“Bakı-Siyəzən” marşrutu üzrə fiziki şəxs Quliyev Vüqar Həsənağa oğlu;
“Sumqayıt-Tərtər” marşrutu üzrə fiziki şəxs İbadov Kəniş İsmayıl oğlu;
“Sumqayıt- Şəki” marşrutu üzrə fiziki şəxs Mustafayev Elman Fərrux oğlu;
“Sumqayıt-Oğuz” marşrutu üzrə fiziki şəxs Rüstəmov Elçin Fərrux oğlu;
“Salyan-Gəncə” marşrutu üzrə fiziki şəxs Əliyev Ədalət Mirəli oğlu komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.