Kazan. Trend:
BRICS-ə üzv ölkələr və yaxud bu qrupla əlaqədə olan ölkələr ticarət dövriyyələrində milli valyutalardan, yeni bank platformalardan istifadə edərək hamı üçün daha yaxşı dünyanı yarada bilər.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian 24 oktyabrda Rusiyanın Kazan şəhərində keçirilən BRICS+ formatında keçirilən ilk plenar iclasda deyib.
Onun sözlərinə görə, bu sıraya kriptovalyutaları, Yeni İnkişaf Bankı (NDB), kontingent ehtiyatı təşkili (Contingent Reserve Arrangement) və s. əlavə etmək lazımdır.
Pezeşkian bildirib ki, BRICS və BRICS+ çoxtərəfli, inkişaf etməkdə olan cənub ölkələrinə xüsusi diqqət yetirməklə ticarət qaydalarına əsaslanan şəffaf, ədalətli mexanizmi dizayn və icra etməlidir.
Qeyd edək ki, BRİKS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİKS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.