...

“Qarabağ” azı bir xal götürəcək - Arif Əsədov

İdman Materials 24 Oktyabr 2024 14:52 (UTC +04:00)

Bakı. Trend:

“Ayaks” top klublardan biridir”.

Trend xəbər verir ki, bunu İdman.biz-ə futbol üzrə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

O, bu gün Avropa Liqasının Liqa mərhələsinin III turunda Bakıda keçiriləcək “Qarabağ” - “Ayaks” qarşılaşmasını dəyərləndirib. Təcrübəli mütəxəssis bildirib ki, rəqib daim Çempionlar Liqasında iştirak edən komandadır:

“Hətta kuboklar da qazanıb. Bu səbəbdən çətin oyun olacaq. “Qarabağ”da iki məğlubiyyətdən sonra psixoloji olaraq inamsızlıq yarana bilər. Lakin bu matç təmsilçimiz üçün dönüş nöqtəsi də ola bilər. Təbii ki, hamı favorit kimi “Ayaks”ı görür. Amma “Qarabağ”ın itiriləsi bir şeyi yoxdur”.

Onun sözlərinə görə, Azərbaycan çempionu təcrübəsindən və oyun tərzindən istifadə etsə, sürpriz edə bilər:

“Maraqlı görüş olacaq. Ağdam təmsilçisi ilk dəqiqələrdən rəqibə öz dişini göstərə bilsə, oyunun gedişatı “Qarabağ”ın xeyrinə olacaq. Fikrimcə, təmsliçimiz azı bir xal götürəcək. Məğlub olsaq da, bu, faciə olmamalıdır. Ən əsası “Qarabağ” oyun baxımından uduzmasın”.

Qeyd edək ki, “Qarabağ” - “Ayaks” matçı Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti