...

Özbəkistandan BRICS-in İşgüzar Şurasına qoşulmaqla bağlı təklif

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 17:01 (UTC +04:00)
Özbəkistandan BRICS-in İşgüzar Şurasına qoşulmaqla bağlı təklif
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Kazan. Trend:

Özbəkistan BRİCS-in İşgüzar Şurasına maraqlı olan bütün ölkələrin qoşulma imkanını müzakirə etməyi təklif edir.

Trend xəbər verir ki, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Kazanda keçirilən “XVI BRİCS” sammitinin "BRİCS plus" formatında ilk plenar iclasında çıxış edərkən bildirib.

Özbəkistan prezidenti vurğulayıb ki, ölkə Birlik çərçivəsində biznes əlaqələrinin inkişafını dəstəkləyir. Özbəkistan, eyni zamanda, BRİCS ölkələri ilə yaxın və qarşılıqlı faydalı əməkdaşlığa hazırdır və ortaq dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün çalışır.

"BRİCS tərəfdaşları ilə birlikdə, biz nəqliyyat üzrə qarşılıqlı əlaqələrinin gücləndirilməsi, yeni transkontinental dəhlizlərin yaradılması, etibarlı logistika təchizatı zəncirlərinin formalaşdırılması və kabotaj (sahil) daşımalarının inkişafı istiqamətində sıx çalışacağımıza ümid edirik. Eyni zamanda, qida və enerji təhlükəsizliyinin təmin edilməsi, iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması və sağlamlığın qorunması məsələləri də diqqət mərkəzimizdə olacaq", - o deyib.

Şavkat Mirziyoyev əlavə edib ki, Rusiyanın sədrliyi dövründə Özbəkistan Gənclər Sammitində, BRİCS İdman Oyunlarında, hüquqi və parlament forumlarında, təhlükəsizlik sahəsində yüksək səviyyəli görüşdə və digər tədbirlərdə fəal iştirak edib.

Qeyd edək ki, BRİCS hökumətlərarası təşkilatdır və 2006-cı ildə yaradılıb. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrlik edir. Hazırda təşkilatın üzvləri Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrika ilə yanaşı, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanıdır.

Xəbər lenti

Xəbər lenti