...

Vergi orqanlarına müraciətlərin sayı 330 mini ötüb

İqtisadiyyat Materials 25 Oktyabr 2024 20:20 (UTC +04:00)
Vergi orqanlarına müraciətlərin sayı 330 mini ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-sentyabr ayları ərzində vergi orqanlarına 330 min 460 müraciət daxil olub.

Bu barədə Trend Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, daxil olmuş müraciətlərdən 96 faizi ərizə, 3,9 faizi şikayət, 0,1 faizi təklif olub.

Qeyd olunub ki, daxil olmuş müraciətlərin 97 faizinə baxılması hesabat dövründə başa çatdırılıb, 3 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 95 faizi həll olunub, yaxud müvafiq izahatlar verilib, digəriləri barəsində isə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bu ilin 9 ayı ərzində Dövlət Vergi Xidmətinin aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 510 vətəndaşın qəbulu təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti