...

Avstraliyada 2 təyyarə toqquşdu: 3 nəfər həyatını itirdi

Dünya xəbərləri Materials 26 Oktyabr 2024 11:11 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyanın şərqində, Sidney şəhərindən 80 km cənub-qərbdə yerləşən Oakdeyl şəhərində iki yüngülmühərrikli təyyarə havada toqquşub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, toqquşma nəticəsində 3 nəfər həyatını itirib.

Rəsmi açıqlamaya görə, toqquşma yerli vaxtla saat 11:50-də (Bakı vaxtı ilə 04:50) baş verib.

"Fövqəladə xidmətlər iki yüngül təyyarənin toqquşması barədə məlumat aldıqdan sonra hadisə yerinə gəlib. Hazırda polis əməkdaşları ərazidə işləyir, hadisə yeri mühasirəyə alınıb", - polis bildirib.

Qeyd edilib ki, hadisənin araşdırılması Avstraliya Aviasiya Təhlükəsizliyi İdarəsi ilə əməkdaşlıqda aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti