...

Rusiya Türkiyədə yeni AES-i tikməyi planlaşdırır

Dünya xəbərləri Materials 26 Oktyabr 2024 03:44 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın "Rosatom" dövlət korporasiyası prezident Rəcəb Tayyib Ərdoğandan Türkiyədə ikinci atom elektrik stansiyası (AES) tikmək təklifi alıb.

Trend xəbər verir ki, bu barədə dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov məlumat verib.

"Hazırda Qara dənizdə yerləşən "Sinop" meydançasında Türkiyədə fəaliyyətimizin mümkün genişləndirilməsi ilə bağlı hökumət səviyyəsində məsləhətləşmələr aparırıq", - deyə Lixaçov bildirib.

Lixaçov Rəcəb Tayyib Ərdoğanın bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə etdiyini də vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti