...

DİN-dən bank kartları ilə bağlı XƏBƏRDARLIQ

Gündəm Materials 25 Oktyabr 2024 23:41 (UTC +04:00)
DİN-dən bank kartları ilə bağlı XƏBƏRDARLIQ

Bakı. Trend:

Başqa insanlara məxsus bank kartlarından onların icazəsi olmadan istifadə etmək qadağandır.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

“Başqasına məxsus bank kartından pul çıxarıb “bilmədim” deyənlər bilməlidir: İtirilmiş, hardasa unudulan başqa şəxslərə məxsus bank kartlarından istifadə etməklə ödəniş və digər əməliyyatların aparılması qadağandır.

Başqasına məxsus kart hesabında olan vəsaitin hansısa formada sahibindən icazəsiz, gizli ələ keçirilməsi müvafiq məsuliyyət yaradır.

Vətəndaşın tapdığı bank kartı ilə bağlı 102 Zəng Mərkəzinə, yaxud aidiyyəti üzrə məlumat verməsi onu məsuliyyətdən azad edir”, - deyə E.Hacıyev bildirib.

Xəbər lenti

Xəbər lenti