...

Azərbaycan şahmatçılarının duelində rəqib komanda güclü olub

İdman Materials 26 Oktyabr 2024 02:11 (UTC +04:00)
Azərbaycan şahmatçılarının duelində rəqib komanda güclü olub

Bakı. Trend:

“Vüqar Həşimov” klubu Serbiyanın Vranyatske-Ban şəhərində şahmat üzrə Avropa kubokunda 6-cı matçını keçirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi “Baeqan Pendik Sport”la qarşılaşıb.

Görüş Türkiyə komandasının 4,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqibin heyətində çıxış edən azərbacanlı şahmatçılardan Şəhriyar Məmmədyarov Vüqar Əsədliyə, Nicat Abasov isə Riad Səmədova qalib gəlib. Teymur Rəcəbov Aydın Süleymanlı ilə xalları yarıya bölüb. “Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədovla Əhməd Əhmədzadə də turu heç-heçə ilə başa vurub. Vüqar Manafovun istirahət etdiyi turda Ülvi Sadıxov məğlubiyyət acısı yaşayıb.

Qeyd edək ki, 6 turdan sonra “Vüqar Həşimov” 8 xalla 17-ci pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti