...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikdə ağacəkmə aksiyasında iştirak edib (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2024 00:49 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikdə ağacəkmə aksiyasında iştirak edib (FOTO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Lerik rayonunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Trend xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) könüllülərinin qatıldığı aksiyada 500-dən çox çinar ağacı əkilib.

Monidigah kəndindəki ağacəkmə aksiyası “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsinə daha bir töhfə olub.

Xəbər lenti

Xəbər lenti