Bakı. Trend:
İsveç Hökuməti yanacaq qiymətlərinin mümkün artımı və istehlakçılar üçün kompensasiya şərti ilə tullantıların azaldılması üzrə öhdəliklərdə dəyişikliklər edəcək.
Trend xəbər verir ki, iqlim və ətraf mühit naziri Romina Purmohtari mətbuat konfransında Avropa İttifaqının (Aİ) iqlim tələblərinin yerinə yetirilməsinə yönəlmiş yeni araşdırmanın direktivlərini təqdim edib. Bununla belə, təkliflərin növbəti seçkilərə qədər həyata keçirilib-keçirilməyəcəyi bəlli deyil. R.Purmohtarinin sözlərinə görə, İsveçdə tullantılar 2024-cü ildə əhəmiyyətli dərəcədə artıb, bu da həmin sahədə yeni siyasətə ehtiyac olduğunu göstərir. Emissiyaların kəskin artmasının səbəbi hökumətin iqlim siyasətində dəyişiklik etməsidir ki, bu da İsveçin 2030-cu ilə qədər iqlim hədəflərini yerinə yetirə bilməyəcəyi riskini yaradır.
İqtisadi Tədqiqatlar İnstitutunun ətraf mühitin iqtisadiyyatı şöbəsinə rəhbərlik edən Svante Mandell emissiyaların azaldılması ilə bağlı öhdəliklərin necə inkişaf etməli olduğunu araşdırmaq tapşırılıb.
Bu il öhdəlik səviyyəsi həm benzin, həm də dizel üçün 6 faizə endirilib, lakin payızda hökumət qərarını dəyişib və emissiyaların azaldılması üzrə öhdəliklərin yenidən 10 faizə qədər artırılacağını elan edib.