Bakı. Trend:
Beynəlxalq Cüdo Federasiyası (IJF) gələn ilin təqvimini təsdiqləyib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, təqvimdə "Böyük dəbilqə"nin 10 turniri yer alıb ki, onlardan da biri, ənənəyə uyğun olaraq, Bakıda keçiriləcək.
Yarış fevralın 14-16-da təşkil ediləcək və Parisdəki "Böyük dəbilqə" yarışından sonra (fevralın 1-2-si) cədvəldə ikinci olacaq.
İlin əsas yarışı isə Budapeştdə olacaq: iyunun 13-19-da dünya çempionatı keçiriləcək.
Mövsümə Tokioda (dekabrın 6-7-si) yekun vurulacaq.