Bakı. Trend:
İsrailin Müdafiə Ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Ordusu İranın bir neçə bölgəsində hərbi hədəflərə zərbələr endirməyi başa çatdırdı. İsrail Hərbi Hava Qüvvələri təyyarələri İranın son bir il ərzində İsrailə atdığı raketlərin istehsalı üçün istifadə olunan istehsal müəssisələrinə zərbələr endirdi", - məlumatda deyilir.
Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıblar.