...

İrakli Kobaxidze parlament seçkilərində səs verib

Dünya xəbərləri Materials 26 Oktyabr 2024 09:34 (UTC +04:00)
İrakli Kobaxidze parlament seçkilərində səs verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlament seçkilərində səs verib.

Trend bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verir.

"Bu gün özümüzə bir daha xatırlatmalıyıq ki, bu, çox prinsipial və həlledici bir seçkidir, referendum dəyərində olan bir seçimdir. Bu, 2012-ci il seçkilərinə bənzər bir seçkidir və ölkənin inkişaf istiqamətinin yenidən və qəti şəkildə müəyyənləşdirilməsi üçün mühüm bir məqamdır. Bu, müharibə ilə sülh, qeyri-əxlaqi təbliğatla ənənəvi dəyərlər, keçmişlə ölkənin parlaq gələcəyi arasında olan bir referndumdur", - İrakli Kobaxidze.

Qeyd edək ki, Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və 20:00-da bağlanacaq.

Ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdə səsvermə hüququna malikdir. Bu parlament seçkiləri üçün 3 111 seçki məntəqəsi, o cümlədən xaricdə rekord sayda – 67 məntəqə yaradılıb. Xaricdə yaşayan gürcülər 42 ölkənin 53 şəhərində səs verə bilərlər.

Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndələri müşahidə edəcək.

Bu il ilk dəfə parlament üzvləri tamamilə proporsional sistem əsasında, partiya siyahılarına görə seçiləcək. Parlamentdə yer əldə etmək üçün partiyalar ən azı 5 faiz səs toplamalıdır.

Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşi koalisiya yaradıb.

Parlament seçkilərində ilk dəfə elektron səsvermə sistemi də tətbiq ediləcək. Müasir texnologiyalar sayəsində seçki məntəqələri bağlandıqdan bir saat sonra bülletenlərin 90 faizdən çoxunun sayılması və nəticələrin açıqlanması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti