Bakı.Trend:
Ermənistanda İrəvan meriyasının əməkdaşları saxlanılıb.
Trend xəbər verir ki, bu haqda İrəvan merinin mətbuat katibi Ayk Kostanyan bəyanat yayıb.
“Meriya qanunla müəyyən edilmiş prosedurlara vasitəçilik etmək məqsədilə hüquq-mühafizə orqanları ilə bu məsələdə əməkdaşlıq edir”, - deyə o bildirib.
Ermənistanın Korrupsiya ilə Mübarizə Dövlət Komitəsindən bildiriblər ki, saxlanılma komitənin apardığı istintaq çərçivəsində həyata keçirlib və saxlanılanlar arasında meriyanın vəzifəli şəxsləri də var.
Saxlanılanların kimliyi və digər təfərrüat istintaqın erkən mərhələdə olduğuna görə ictimailəşdirilmir.